Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Zekainfo.az oxu.az-a istinadən həmin fotonu təqdim edir:

***15:44
Oxu.Az-ın xəbərinə görə, Şua-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
***15:36
Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.
Zekainfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.
Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.
