Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ 

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ 
Gündəm 01 May 2026 - 11:00

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə mayın 1-də güclü külək əsəcək.

Zekainfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

reklamlar

Digər xəbərlər