Zekainfo.az saytının verdiyi məlumata görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva faşizm üzərində Qələbə Gününün ildönümü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.
Paylaşımda xalqımıza və bütün ailələrə xoş arzular ünvanlayan Mehriban xanım Əliyeva Qələbə Gününün tarixi əhəmiyyətini vurğulayaraq vətəndaşları təbrik edib.
Birinci vitse-prezident paylaşımında qeyd edib:
“Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edir, sizə və doğmalarınıza cansağlığı və xoş günlər arzulayıram!”.
Qeyd edək ki, faşizm üzərində Qələbə Günü dünya xalqlarının tarixində mühüm əhəmiyyət daşıyan yaddaş günlərindən biri kimi qeyd olunur.
Biz də “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin üzvləri adından və şəxsən öz adımdan faşizm üzərində Qələbə Gününün ildönümü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, hər bir ailəyə əmin-amanlıq, firavan həyat, möhkəm cansağlığı və daim sülh içində xoş günlər arzulayırıq. Tarixi qələbələrin yaddaşlarda daim yaşaması, gələcək nəsillərə vətənpərvərlik və birlik ruhunun aşılanması hər birimizin mənəvi borcudur.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru