"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli

"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
Gündəm 16 İyun 2026 - 12:03

"Bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur. Eyni zamanda, Azərbaycan media islahatları yeni institusional mərhələyə qədəm qoyur. Azərbaycanda media islahatlarının başlanması Vətən müharibəsinin başa çatmasından təxminən iki ay sonra, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Bu, informasiya sahəsinə dövlətin münasibətinin nə qədər həssas olduğunu göstərir".

Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədov deyib.

O bildirib ki, iki qurumun birləşməsindən sonra Azərbaycan mediası artıq yeni çağırışlara daha çevik reaksiya verəcək: "Rəqəmsal təhdidlər, ölkəmizə yönələn dezinformasiyaya qarşı birgə mübarizə daha çevik bir formada olacaq. Həm tənzimləmə, həm də dəstək funksiyaları birgə həyata keçiriləcək".

reklamlar

Digər xəbərlər