Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı

Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı
Cəmiyət 25 Aprel 2024 - 16:59

Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

Bu barədə Zekainfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, "MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

reklamlar

Digər xəbərlər