Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat aldı

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat aldı
İdman 25 Aprel 2024 - 17:12

Azərbaycanın FIFA referisi Əliyar Ağayev yenidən Yunanıstan çempionatının oyununa təyinat alıb.

Zekainfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçiriləcək matçda ədaləti qoruyacaq.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olacaq. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

reklamlar

Digər xəbərlər