Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır
Siyasət 23 May 2024 - 16:20

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.

Zekainfo.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Parlamentin yaz sessiyasının sonuncu iclasının isə mayın 31-də keçirilməsi nəzərdə tutulur.

Lakin, yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağrılması gözlənilir. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

reklamlar

Digər xəbərlər