"Vətən mənə oğul desə nə dərdim"

"Vətən mənə oğul desə nə dərdim"
Cəmiyət 21 Noyabr 2024 - 17:26

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – tibb xidməti polkovnik-leytenantı şəhid Rasim Yaqub oğlu Abdullayevin İkinci Fəxri Xiyabanda anım mərasimi keçirilib.
Şəhidin ailə üzvləri, doğmaları, döyüş yoldaşları, şəhid ailələri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım günündə şəhid Rasim Abdullayevin Bakı şəhəri İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunub, onun və bütün şəhidlərin ruhlarına dualar oxunub, Vətən uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə çıxış edənlər şəhidin qəhramanlığından danışaraq onun haqqında öz xatirələrini bölüşərək şəhid ailələrinə, qazi və veteranlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dövlət və hökumət qurumlarına, xalqımıza və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.
Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Birinci Milli kəndində anadan olmuş 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 44 günlük Vətən müharibəsində 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid hərbi həkim Rasim Abdullayev ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında göstərdiyi xüsusi xidmətlərinə, igidliyinə və qəhrəmanlığına, yaralı əsgər və zabitlərin xilas edilməsində öz peşə fəaliyyətini şərəf və ləyaqətlə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
reklamlar

Digər xəbərlər