Cəmiyət
17:26, 21 Noyabr 2024
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin tövsiyyə etdiyi vəsaitdə göstərilən ssenari əsasında IX sinif şagirdləri ilə “Təhlükəsizlik informasiya axtarışı” mövzusunda məşğələ keçirildi.
Bəzi suallar qızlar və oğlanlardan ibarət fərqli qruplarda müzakirə olundu.
“Təhlükəsiz informasiya axtarışı” ilə bağlı məktəb psixoloqu və müəllimlərin iştirakı ilə şagirdlərlə məşğələnin sonunda şagirdlər 1) etibarlı informasiya mənbəyi anlayışını izah edəcəklər; 2) onları maraqlandıran intim suallara cavab axtarmaq üçün taktika müəyyənləşdirəcəklər.
Məşğələnin əvvəlində şagirdlərlə aşağıdakı istiqamətdə iş aparıldı: 1) yeniyetmənin yaş dövrü ilə bağlı suallar suallara haradan və necə cavab tapmaq hərdən çətinlik yaradır; 2) ortaya elə suallar çıxanda kimə müraciət etməli?
Şagirdlərin cavabları lövhədə qeyd edildi: bacım (yaxud qardaşım), rəfiqəm, (yaxud dostum), valideynlərim, müəllimlərim, İnternet, yaxud sosial şəbəkələr, kitablar, jurnallar.
Sonra təklif edildi ki, siyahıdakı “informasiya mənbələri” təhlil edilsin. Qeyd olundu ki, adətən, siz bu tipli suallarınızı valideynlərinizə, müəllimlərinizə verməkdən çəkinirsiniz. Sizin üçün ən rahat informasiya kanalı həmyaşıdlarınızdır. Ancaq unutmayın ki, bu halda informasiya birtərəfli və qeyri-mötəbər ola bilər.
Çox zaman bəzi yeniyetmələr həqiqətə uyğun olmayan və ya kobud məzmunlu informasiya yaymaqla həmyaşıdlarında psixoemosional pozğunluq yaradırlar. Odur ki, həmyaşıdları heç də həmişə mötəbər informasiya mənbəyi hesab etmək olmaz.
Valideynlər və müəllimlər bu barədə sizə daha etibarlı məlumat ötürə bilərlər. Amma bu zaman sizinlə böyüklər arasında bir növ emosional gərginlik yarana bilər. Bu halda xüsusi hazırlığı olmayan böyük və elə siz özünüz də diskomfort hiss edəcəksiniz. Odur ki, etibar etdiyiniz müəllimlərə, psixoloqa, həkimə bu suallarla müraciət etmək daha yaxşıdır. Alternativ variant da var: “Uşaq qaynar xətti”nə zəng etməkdir. Orada ixtisaslı psixoloqlar telefonla müvafiq sualları cavablandırırlar. Telefonda sual vermək sizin üçün psixoloji cəhətdən daha rahatdır.
Kitab və jurnallarda da etibarlı informasiya tapmaq ehtimalı kifayət qədər böyükdür. Narahatlıq doğuran mənbələrdən biri İnternetdir. Sizcə, İnternetdə narahatlıq doğuran nələr ola bilər?
Şagirdlərin cavablarını dinlənildi, bəzi fikirlər lövhədə qeyd edildi.
İnterneti çox zaman böyük informasiya məkanı adlandırırlar. Axı İnternet bütün dünya boyu sonsuz miqdarda kompüterləri və onların istifadəçilərini birləşdirir. Biz İnternetdən bir çox məqsədlər üçün istifadə edirik: tədqiqat, ünsiyyət, alış-veriş, əyləncə və s.
Son on ildə isə internet daha tez-tez informasiya mənbəyi kimi istifadə olmağa başlanılıb. Fəqət çox vacibdir ki, informasiya dəqiq, mötəbər, yoxlanılmış olsun, insanların psixikasına əks-təsir göstərməsin.
Durum isə belədir: bu gün praktik olaraq hər bir istifadəçi İnternetdə, xüsusən də sosial şəbəkələrdə istənilən məlumatı, informasiyanı yerləşdirə bilər. Bu məqamın mənfi tərəfi odur ki, doğru olmayan, etik normalara uyğun olmayan informasiyanın qarşısını almaq mümkün olmur. Çox zaman gənc nəsil yanılaraq hesab edir ki, İnternet səhifələrində yerləşdirilmiş informasiya çağdaş, qiymətli və düzgündür. Ancaq informasiya mənbələrini tənqidi qiymətləndirmək üçün bir neçə meyar vardır.
Əsas meyar mənbənin və ya veb-sənədin müəllifinin etibarlılığıdır. Səhifənin mötəbərliyini öyrənmək üçün onun veb-ünvanını müəyyənləşdirmək faydalıdır.
Məsələn, gov – göstərir ki, bu, dövlət müəssisəsinin saytıdır; edu – təhsil müəssisəsinin, universitetlərin saytıdır; com – kommersiya təşkilatlarında istifadə edilir; org - əsasən gəlirsiz işləyən ictimai təşkilatların resursunun domen sonluğudur.
Emosiyalarınızı tanıyandan və idarə etməyi öyrənəndən sonra neqativ hisslər yaradan saytlardan uzaq durmaq sizin üçün asan olacaq. Tam mənada kişi və ya qadın kimi böyümək üçün mənəvi, estetik və etik dəyərlər vacibdir.
Təklif olundu ki, gəlin informasiya kanalının mötəbərliyi və etibarlılığının vacibliyini anlamaq üçün bir rollu oyunda iştirak edək. Oyunda iştirak edərkən hamınız növbə ilə kor adam və onun bələdçisi rolunda olacaqsınız. Gəlin cütlüklərə bölünək. Hər cütlükdə bir nəfər “kor” adam, o biri isə onun “bələdçi”si olacaq. “Kor”lar gözlərini yaylıqla bağlayırlar, “bələdçi”lər onları sinifdə bir dövrə gəzdirir və sonra təqdim edilən şəkli “kor”lara izah edirlər. Sonra rollar dəyişir: sinifdə bir dövrə vurandan sonra paylaşılan başqa bir şəkil yeni “kor”a izah edildi. Sonda hər bir “kor” ona izah edilən şəklə baxır və öz təəssüratı ilə real şəkli müqayisə edir. Şagirdlərə gözlərini bağlamaq üçün yaylıq verildi. Hər bir bələdçiyə bir şəkil təqdim edildi. Şəkli sözlərlə “korlara” bacardıqları qədər aydın izah etməyi tapşırldı. Oyunun gedişatına nəzarət edildi. 5 dəqiqədən sonra şəkillər yığıldı, rolları dəyişdirildi və yeni şəkillər paylaşıldı.
Növbəti 5 dəqiqə bitdikdə oyunu dayandırıldı. Hərəyə ona izah edilən şəklə baxmaq üçün 1 dəqiqə vaxt veridi.
Şagirdləri bu suallar ətrafında refleksiyaya dəvət edildi: 1) özünüzü “kor” kimi necə hiss edirdiniz? 2) Bələdçi olanda nə hiss edirdiniz? 3) Sizə izah edilən şəkillə reallıqdakı şəkil arasında nə qədər fərq var idi? Bələdçi həmin şəkli sizə nə dərəcədə dəqiq izah edə bilmişdi? 4) Şəklin obrazı sizin beyninizdə nə dərəcədə təhrif olunmuşdu? 5) Bələdçiniz “informasiya kanalı” kimi nə dərəcədə uğurlu idi? 6) “İnformasiya kanalı” olmaq insanın üzərinə hansı məsuliyyəti qoyur?
Hər hansı suala cavab axtaranda bu təcrübəni yada salmağı və mötəbər informasiya mənbəyinə müraciət etməyi şagirdlərə tövsiyə edildi. Məşğələdə öyrəndiklərinə və şəxsi təcrübələrə əsasən, repdroduktiv sağlamlıq məsələlərində onları maraqlandıran suallara cavab tapmaq üçün informasiya mənbələrinin reytinq cədvəlini qurmağı xahiş edildi. Yəni bu cədvəldə şagird özü üçün ən mötəbər saydığı mənbəni I yerdə qeyd edir, qalanlarını isə azalan sıra ilə düzür.
Bir neçə şagirdin reytinq cədvəli ilə tanış olundu və onların sıralama arqumentlərinə qulaq asıldı. Gələcək məşğələlərin qurulması məqsədilə aşağıda verilmiş sorğu vərəqini məşğələnin sonunda şagirdlərə paylanıldı və sualları anonim cavablandırılması xahiş edildi. Bu sorğu vərəqlərinin təhlili şagirdlərin üzləşdikləri problemlər və maraq dairəsi barədə məlumat verəcəyini nəzərə alıb onların doğru və sərbəst cavablandırılması arzuolunandır.
Sorğu
(2, 4, 5, 6,7 və 8-ci suallara bir neçə cavab verilə bilər)
1. Cinsiniz?
Qadın
Kişi
2. Cinsi yetişkənlik, bu zaman baş verən dəyişikliklər barədə geniş məlumatı kimdən (haradan) alırsınız və gələcəkdə kimdən almaq istəyirsiniz?
(Fikrinizi əsaslandırın)
Həkimdən
Valideynimdən
Müəllimdən
Xüsusi ədəbiyyatdan
Saytlardan
Dostlarımdan
_______________________________________________________
3. Sizin özünüzdən, xarici görünüşünüzdən xoşunuz gəlirmi?
(Fikrinizi əsaslandırın)
Bəli
Xeyr
Bilmirəm
4. Sizin evdə ailə münasibətlər necədir? Başqa bir variantınız varsa əlavə edin.
Səmimi
Münaqişəli
Gərgin
Dostcasına
Başqa_______________________________________________
5. Ailənizdə ən gizli hisslərinizi deyə biləcəyiniz adam varmı? Səbəbini və kim olduğunu qeyd edin.
_______________________________________________________
6. Cinsi yetişkənlik barədə ilk məlumatı kimdən almısınız?
Valideynlərimdən
Sinif yoldaşlarımdan
Özümdən böyük dostlarımdan
Tibb işçisindən
Kitablardan
Müəllimimdən
Televiziyadan
İnternetdən
Ailə üzvlərimdən
7. Fikrinizcə, ailə insana nə verməlidir?
Tənhalıqdan qurtuluş
Valideyn olmaq şansı
Cəmiyyətdə status
Doğmalıq
Məsuliyyət
Xoşbəxtlik
Digər ____________________________________________
8. Aşağıdakılardan hansı barədə siz daha çox informasiya almaq istərdiniz?
(Bir neçəsini qeyd edə bilərsiniz)
Hamiləlik
Erkən nikah
Cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunma
Zərərli vərdişlər
Gigiyenik qaydalar
Sağlam ailə
Başqa_______________________________________________
Cəmilə ÇİÇƏK