Robert Fiko etimadsızlıqdan sonra Slovakiya müxalifətini “çevriliş cəhdində” günahlandırır

Robert Fiko etimadsızlıqdan sonra Slovakiya müxalifətini “çevriliş cəhdində” günahlandırır
Dünya 24 Yanvar 2025 - 12:03


 

 

 

Rusiyayönlü hesab edilən mövqelərinə görə tənqid edilən Slovakiyanın baş naziri ölkənin əsas müxalifət partiyası tərəfindən Slovakiyanı Avropa İttifaqından çıxarmaq istəməkdə ittiham olunur.

 

Slovakiyanın baş naziri Robert Fiko cümə axşamı onun rusiyayönlü fikirlərinə qarşı etirazların davam etdiyi bir vaxtda müxalifəti "dövlət çevrilişi" etmək cəhdində ittiham edib.

 

Robert Fiko Slovakiya parlamentindəki çıxışında opponentlərinin iddialarını rədd edərək, Aİ və NATO-ya üzvlüyünü təsdiqləyib.

 

Baş nazir həmçinin bildirib ki, onun hökuməti polislə qarşıdurma törətməkdə ittiham etdiyi nümayişçilərin repressiya edilməsi üçün heç bir tədbir görməyəcək.

 

Bu yaxınlarda Robert Fikonu rəqibləri ölkəni Aİ-dən çıxarmağa çalışmaqda ittiham edirlər. Çərşənbə axşamı müxalifətin Slovakiya parlamentinə etimadsızlıq təklifi təqdim etmək cəhdi Robert Fiko ilə müttəfiq olan deputatların müzakirəni tərk etməsindən sonra uğursuzluğa düçar oldu.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər