Devrilmiş keçmiş lider Yoon Suk Yeol-un cinayət təhqiqatına
cavabdeh olan agentlik ona üsyan və vəzifə səlahiyyətlərindən sui-istifadədə rəsmi
ittiham irəli sürülməsini tövsiyə edib.
Cənubi Koreya müstəntiqləri ölkə prokurorlarından
ölkəni siyasi xaosa sürükləyən qısamüddətli hərbi vəziyyətin tətbiqi zamanı
üsyanda, səlahiyyətlərindən sui-istifadədə və parlamentin işinə mane olmaqda
ittiham edərək, vəzifəsindən kənarlaşdırılan prezident Yoon Suk Yeola qarşı
ittiham irəli sürməyi xahiş ediblər.
Yüksək Vəzifəli Məmurların Korrupsiyaya Qarşı
İstintaq İdarəsi (CIO) cənab Yoonu dekabrın 3-də hərbi vəziyyət elan edərkən və
parlamentin girişini bağlamaq üçün qoşun və polis məmurlarını göndərərkən
"iğtişaş" təşkil etməkdə və konstitusiyanı pozmaqda ittiham edib.
Cənab Yoon dekabr ayında Cənubi Koreyada qısa müddətə
hərbi vəziyyət tətbiq etdi və bunu "dövlətə düşmən olan qüvvələrin aradan
qaldırılması" zərurətini əsas gətirdi. O, öz qərarını heç bir sübut
olmadan ölkə müxalifətini - Liberal Demokrat Partiyasını Şimali Koreyaya rəğbət
bəsləməkdə ittiham etməklə əsaslandırıb.
O, altı saat sonra, silahlı qüvvələrin mövcudluğuna
baxmayaraq, 190 qanunverici fərmanla bağlı səs vermək üçün qapalı parlamentə
daxil olmağa məcbur edildikdən sonra kursu dəyişdi.
Agentlik prezidenti və digər yüksək vəzifəli şəxsləri
araşdıra bilsə də, onları təqib edə bilməz və bütün işləri prokurorluğa göndərməlidir.
Cənab Yoonun hərbi vəziyyət fərmanı və bunun nəticəsində
yaranan siyasi böhran Cənubi Koreyanın siyasətini və maliyyə bazarlarını
sarsıtdı və Cənubi Koreyanın beynəlxalq imicinə xələl gətirdi.
Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az