Rumıniyalı fermerlər artan xərclər səbəbindən kartof becərilməsindən imtina edirlər

Rumıniyalı fermerlər artan xərclər səbəbindən kartof becərilməsindən imtina edirlər
Dünya 24 Yanvar 2025 - 12:38


 

 

İstehsalçılar deyirlər ki, daha çox Rumıniyalı fermerlər kartof yetişdirməkdən imtina edirlər, çünki toxumların qiyməti son illərdə iki dəfə artıb və işçi qüvvəsi bahalaşıb və tapmaq çətinləşib.

 

Rumıniyada kartof istehsalı azalmaqda davam edir, toxumların qiyməti son illərdə iki dəfə artıb və əmək getdikcə bahalaşır və tapmaq çətinləşir.

 

Milli Statistika İnstitutunun məlumatına görə, 2024-cü ildə Rumıniyada kartof istehsalı səkkiz ildə heç bu qədər aşağı olmamışdı, halbuki ölkədə Avropa İttifaqında kartof təsərrüfatlarının demək olar ki, üçdə biri var.

 

Orta hesabla, Aİ məhsuldarlığı hektardan təxminən 35 ton kartof təşkil edir. Bunun əksinə olaraq, Rumıniyanın ötənilki məhsuldarlığı 14,8 ton ətrafında qiymətləndirilir.

 

Keçən il quraqlıq və istilər Rumıniyada kartof istehsalının azalmasını daha da artırdı. İstehsalın azalmasına baxmayaraq, tələbat artmaqda davam edir.

Fermerlərin fikrincə, milli istehsal istehlak tələbatının ancaq yarısını ödəyir. Nəticədə mağazalar xaricdən gətirilən məhsullarla dolur ki, bu da qiymətlərdə özünü göstərir. Bazarlarda kartofun kiloqramı 5 leiyə (1 avro) satılır.

 

Rumıniya kartofunu əsasən Polşadan idxal edir və Polşa kartofunun ən böyük alıcısıdır, baxmayaraq ki, bu ölkədə məhsuldarlıq da azalıb. Rumıniyada kartof çatışmazlığı buna görə də gələcəkdə başqa problemlər yarada bilər.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az

reklamlar

Digər xəbərlər