
Beynəlxalq Cinayət Məhkəməsində (ICC) insanlığa qarşı cinayətlərdə
ittiham olunmaq üçün Haaqada saxlanılan Filippinin keçmiş prezidenti Rodriqo
Dutertenin vəkilləri onun Manilaya qaytarılması üçün vəsatət qaldırıb.
O, bir neçə ildir ki, Beynəlxalq Cinayət Məhkəməsinin diqqət
mərkəzində olub. Keçmiş Filippinin prezidenti Rodriqo Duterte narkotiklərə
qarşı apardığı qətliam müharibəsinə görə insanlığa qarşı cinayətdə şübhəli
bilinən BCM-nin həbs qərarına əsasən çərşənbə günü Hollandiyanın Haaqa şəhərinə
gedən təyyarəyə minib.
Polis cənab Duterteni Dubaya uçduğu Honq-Konqa səfərdən qayıdarkən
Manila hava limanında həbs edib. Uçuş izləmə məlumatları göstərdi ki, təyyarə
Rotterdam Haaqa hava limanına qalxmazdan əvvəl Dubayda saatlarla gözlədi.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az