
Dünya
11:05, 13 Mart 2025
Amerikanın böyük texnologiya şirkətləri Donald Tramp hakimiyyətə
qayıtdıqdan sonra ona xeyli yaxınlaşıb. Texnologiya liderlərinin prezident
administrasiyasına yaxınlığı çoxlu mübahisələrə səbəb olub.
İstər birbaşa siyasi dəstək, istərsə də Trampın gündəmindən
təsirlənən siyasət dəyişiklikləri vasitəsilə ABŞ texnologiya nəhəngləri
milyarder Ağ Evə qayıtdıqdan sonra Donald Tramp administrasiyası ilə
əlaqələrini gücləndirmək üçün səylərini artırıblar.
Lakin bu siyasi manevrlər mənfi reaksiyalara səbəb olub, etik
narahatlıqları artırıb və hətta kommersiya uğursuzluqlarına gətirib çıxarıb.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az