Polşanın baş naziri Donald Tusk Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Polşanın baş naziri Donald Tusk Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir
Dünya 13 Mart 2025 - 10:57


 

 

Polşanın baş naziri və Avropa Şurasının hazırkı sədri Donald Tusk çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankarada olub.

 

Polşanın baş naziri, hazırda Avropa Şurasına sədrlik edən Donald Tusk çərşənbə günü Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında danışıb.

 

"Ümid edirik ki, Türkiyənin Aİ-yə daxil olması prosesi indi real və konkret prosesə çevriləcək", - baş nazir bildirib. Biz bu mövzuda Türkiyəni həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.

 

Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, ölkəsinin Birliyə üzv olmasının tərəfdarı olduğunu bildirib.

 

“Türkiyə olaraq biz hər fürsətdə Aİ üzvlüyünün strateji hədəflərimizdən biri olduğunu vurğuladıq. “Avropa İttifaqı güc və təsir itkisinin qarşısını almaq və hətta geri qaytarmaq istəyirsə, buna ancaq Türkiyənin tamhüquqlu üzvlüyü ilə nail ola bilər”.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər