Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu

Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu
İdman 19 Mart 2026 - 10:03

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində “Qalatasaray” “Liverpul”un qonağı olub.

Zekainfo.az xəbər verir ki, qarşılaşma "Liverpul"un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mersisayd"lar 1/4 finalda PSJ ilə qarşılaşacaq.

Xatırladaq ki, ilk oyunda İstanbul təmsilçisi rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazanmışdı.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin gərgin cavab oyunlarından sonra 1/4 finalın cütləri müəyyənləşib:

PSJ - “Liverpul”

“Real” - “Bavariya”

“Barselona” - “Atletiko”

“Sportinq” - “Arsenal”

reklamlar

Digər xəbərlər