Xəbər
10:00, Bugün
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Zekainfo.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.
Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, qeyd edilən marşrutla ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.