Xəbər
17:33, Bugün
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
Zekainfo.az unikal-a istinadən xəbər verir ki, bu barədə rayonun icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hüseynov Vüqar İsaq oğlu Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin edilib.
Nəsirov Həmid Rauf oğlu isə Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə gətirilib.
