Sumqayıtda toyda ölüm hadisəsi baş verdi 

Sumqayıtda toyda ölüm hadisəsi baş verdi 
Hadisə 17 Aprel 2026 - 15:00

Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

Zekainfo.az "Teleqraf"a istinadən xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.

Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.

reklamlar

Digər xəbərlər