Xəbər
18:00, Bugün
Koroğlu–Bilgəh istiqamətində fəaliyyət göstərən 150 nömrəli marşrut xəttində gedişhaqqı rəsmi olaraq 80 qəpik olsa da, bu gün sərnişinlərin kart balansından 70 qəpik tutulub. Bu hal sərnişinlər tərəfindən müsbət qarşılansa da, həm də təəccüb yaradıb.
Maraqlıdır, sözügedən marşrutda gedişhaqqı həqiqətən azaldılıb, yoxsa bu müvəqqəti haldır?
Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətdə heç bir azalma yoxdur.
"Sözügedən marşrutda tarif dəyişikliyi baş verməyib və gedişhaqqı 0.80 AZN təşkil edir. Vətəndaşlardan iddialara deyil, rəsmi mənbələrdən məlumat əldə etmələri tövsiyə olunur".
