Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi

Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi
Xəbər 16 Aprel 2026 - 16:34

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

Zekainfo.az "Report"a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin bu gün imzaladığı Sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov MR-in Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bəxtiyar İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. B.İsmayılov müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

reklamlar

Digər xəbərlər