Məlumat verdiyimiz kimi, bu gün Bakıdan Kürdəmirə ilk rəmzi sürət qatarı yola düşüb. Qatarlar 2 saat 11 dəqiqə ərzində Kürdəmir stansiyasına çatacaq.
Zekainfo.az xəbər verir ki, Kürdəmir istiqamətində qatarların minimal qiyməti 11.10 AZN olacaq.
Azərbaycan Dəmir Yolları Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Avtosfer.az-a açıqlamasında bildirib ki, əvvəllər illik 1000 nəfər sərnişinə xidmət edən qatarların bundan sonra təxminən 2000 nəfərə xidmət edəcəyi gözlənilir.

Qeyd edək ki, pandemiyadan əvvəl Kürdəmirə ən ucuz bilet qiyməti təxminən 6 manat olub. Lakin nəzərdə tutulan qatarlar sürət qatarı deyildi və həmin dövr üçün təşkil edilən yataq tipli qatarlar 3 saat 11 dəqiqəyə Kürdəmirə çatdığı halda, hazırda xətdə fəaliyyət göstərəcək “Stadler” qatarları 2 saat 11 dəqiqəyə stansiyaya çatacaq.