Bir daha
şöhrətə məruz qalan bir qadını hədəf alan kiber təcavüz. Martinika təmsilçisi
Angélique Angarni-Filoponun TF1 izləyiciləri qarşısında Miss France 2025
olmasından bir həftə keçir. 34 yaşında, indiyə qədər seçilmiş ən yaşlı qalib və
müsabiqədə qalib gələn ilk Miss Martinique olan, bir həftə sonra sosial
şəbəkələrdə təkrarlanan irqçi ifadələrin qurbanı oldu.
Nəticə: Miss France şirkəti bu cümə, sentyabrın
20-də gənc qadının tacqoyma mərasimindən bəri qurbanı olduğu kiber təcavüzü
pislədi və buna uyğun hərəkət edəcəyinə əmin oldu. Frédéric Gilbert-in sədrlik
etdiyi Miss France komitəsi İnstaqram hekayəsində "Seçdiyi vaxtdan bəri o,
sosial şəbəkələrdə təzyiq və nifrət dolu şərhlər dalğasına məruz qalıb"
dedi. “Miss France” şirkəti Anqélique Angarni-Filopona qarşı edilən bu tipli
şərhləri qətiyyətlə pisləyir.
“Bu təhqiramiz şərhlərin nə müsabiqəmizdə, nə də
cəmiyyətimizdə yeri yoxdur və onların hamısı müvafiq orqanlara məlumat
veriləcək. Təcavüz və kiber təqib qanunla cəzalandırılır” deyə Miss France
şirkəti həmin nəşrdə xatırladıb.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/