İsrailin müdafiə naziri HƏMAS liderinin
Tehranda öldürüldüyünü təsdiqləyərək, İsrailin Fələstin silahlı qruplaşmasının
liderlərinə qarşı əməliyyatlarının miqyasını açıqlayıb.
İsrail keçən ilin yayında HƏMAS-ın ali lideri
İsmayıl Haniyəni İranda qətlə yetirib. Məlumatı müdafiə naziri İsrael Katz
təsdiqləyib.
Bu, İsrailin iyul ayında Tehranda baş verən
partlayışda ölən cənab Haniyəni öldürdüyünü ilk dəfə etiraf edir.
Bazar ertəsi çıxışında cənab Katz İsrailin
digər Həmas və Hizbullah liderlərini öldürdüyünü, Suriya prezidenti Bəşər
Əsədin devrilməsinə kömək etdiyini və İranın zenit sistemlərini məhv etdiyini
etiraf edib. Müdafiə nazirinin sözlərinə görə, bu gün İsrail Yəməndəki husi
üsyançılarını məhv etmək istəyir.
Tərcümə
edəni Səfər Şakiroğlu Zekainfo.az/