Serbiya: tələbə etirazları dalğası zəifləmir

Serbiya: tələbə etirazları dalğası zəifləmir
Dünya 26 Dekabr 2024 - 10:07


 

 

Novi Sadda 15 nəfərin ölümü ilə nəticələnən qatar stansiyasının tentesinin uçmasından bir aydan çox vaxt keçsə də, nümayişçilər Belqradda prokurorluq qarşısında ədalət tələb ediblər. Tələbə yürüşlərinin leytmotivi: korrupsiyaya və siyasi liderlərin cəzasızlığına son qoymaq.

 

Serb tələbələri çərşənbə günü qatar stansiyasının damının uçması nəticəsində 15 nəfərin ölümündən sonra ədalət tələb etmək üçün Baş Prokurorluğun qarşısına toplaşıblar.

 

Mindən çox nümayişçi simvolik olaraq Prokurorluğun girişində Serbiya Respublikasının prokuroru Zaqorka Dolovacı “hakimiyyətdən sui-istifadə etmədən və korrupsiya olmadan qanun və ədalət uğrunda mübarizəyə” çağıran məktublar qoyub.

 

Xanım Dolovacın ofisi daha sonra tələbələrdən ibarət nümayəndə heyətini görüşə dəvət edən bəyanatla cavab verdi.

 

Noyabrın 1-də Voyvodina bölgəsinin paytaxtı Novi Sadda baş verən faciədən sonra qatar stansiyasında nəhəng beton örtünün altındakı insanların üzərinə çökməsi nəticəsində hesabat tələb edən daha geniş hərəkatın bir hissəsi olaraq Serbiya universitetləri həftələrlə bağlanıb.

Serbiyada bir çoxları qəzanın səbəbini Çin dövlət şirkətlərinin iştirak etdiyi bir neçə meqa infrastruktur layihəsindən biri olan binanın təmirində geniş yayılmış korrupsiya və keyfiyyətsiz işlərlə əlaqələndirirlər.

 

Çərşənbə günü etiraz edən tələbələr qırmızı əl izləri olan pankartlar daşıdılar - bu, hakimiyyət orqanlarına "əllərində qan olduğunu" bildirən etiraz simvolu.

 

Tələbələrin etirazlarını yatırtmağa cəhd edən dövlət başçısı gənclərin mənzil ala bilməsi üçün özünün dediyi kimi “əlverişli” ev krediti elan edib.

 

Serb lideri Rusiya və Çinlə sıx əlaqələr saxlamaqla yanaşı, rəsmi olaraq Qərbi Balkan ölkəsini Avropa Birliyinə cəlb etmək istədiyi üçün demokratik azadlıqları məhdudlaşdırmaqda ittiham olunur.

 

 

 

Tərcümə edəni Səfər Şakiroğlu Zekainfo.az/

reklamlar

Digər xəbərlər