Donald Tramp Kanada polad və alüminiuma rüsumları 50%-ə qaldırıb

Donald Tramp Kanada polad və alüminiuma rüsumları 50%-ə qaldırıb
Dünya 12 Mart 2025 - 10:37


 

 

Bu açıqlama Vaşinqtonun Meksika, Kanada və Çinə qarşı başlatdığı ticarət müharibəsinə cavab olaraq ABŞ fond bazarında əhəmiyyətli enişlərin müşahidə edildiyi bir vaxtda verilir.

 

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Kanada polad və alüminiumuna planlaşdırılmış tarifləri ikiqat, 25%-dən 50%-ə qədər artırmaq niyyətində olduğunu açıqlayıb.

 

"Mən Ticarət katibimə dünyanın ən yüksək tarif ölkələrindən biri olan Kanadadan ABŞ-a daxil olan bütün polad və alüminiuma əlavə 25 faiz tarif əlavə etməyi, 50 faizə çatdırmağı tapşırmışam" dedi.

 

Bu açıqlama Vaşinqtonun Meksika, Kanada və Çinə qarşı başlatdığı ticarət müharibəsinə cavab olaraq ABŞ fond bazarında əhəmiyyətli enişlərin müşahidə edildiyi bir vaxtda verilir.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

reklamlar

Digər xəbərlər