
NATO-nun baş katibi Mark Rutte Bosniya serb qanunvericilərinin
mərkəzi məhkəmə sistemi və Bosniya polisinin Serb Respublikasında fəaliyyət
göstərməsinə mane olan qanunları qəbul etməsi nəticəsində yaranan son
gərginlikdən sonra Bosniyanın bütövlüyünə tam dəstəyini ifadə edir.
NATO-nun baş katibi Mark Rutte, Bosniya serblərinin separatçı
hərəkətləri nəticəsində yaranan gərginliyin artması fonunda Alyansın Bosniyanın
ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəyinə söz verib.
Onun səfəri 100 mindən çox insanın ölümü ilə nəticələnən Bosniya
müharibəsinin (1992-1995) bitməsindən təxminən 30 il sonraya təsadüf edir.
Cənab Rutte, ölkənin üç əsas etnik qrupu: bosniyalılar, serblər və
xorvatlar arasında hakimiyyətin bölüşdürülməsini təmin etmək üçün Dayton sülh
sazişi ilə yaradılmış Bosniyanın üçtərəfli prezidentliyi ilə görüşdən sonra
Sarayevoda danışıb.
Lakin Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi bu qərarı
dayandırmaq qərarına gəlib.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az