Moskva bölgəsi Ukraynaya məxsus pilotsuz təyyarənin hücumuna məruz qalıb, azı üç nəfər ölüb

Moskva bölgəsi Ukraynaya məxsus pilotsuz təyyarənin hücumuna məruz qalıb, azı üç nəfər ölüb
Dünya 12 Mart 2025 - 10:20


 

 

Rusiya rəsmiləri, Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlardan bir qədər əvvəl Moskva vilayətində "kütləvi" pilotsuz təyyarə hücumu barədə məlumat veriblər.

 

 

İki döyüşən tərəf demək olar ki, hər gün bir-birinə pilotsuz təyyarələr göndərsə də, Rusiya paytaxtı nadir hallarda hədəfə alınır. Bu dəfə 91 raket Moskvanın cənub ətrafına, eləcə də Ukrayna ilə həmsərhəd Bryansk və Belqorod rayonlarına, həmçinin Ryazan, Kaluqa, Voronej və Nijni Novqorod vilayətlərinə buraxılıb.

 

Rusiya rəsmiləri azı üç nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirir. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, qurbanlar paytaxtdan bir qədər kənarda yerləşən Vidnoye və Domodedovo şəhərlərindədir. Yeddi mənzilə də ziyan dəyib.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

reklamlar

Digər xəbərlər