Aİ ucqar ölkələrdə deportasiya mərkəzlərinin tikintisinin əsasını qoyur

Aİ ucqar ölkələrdə deportasiya mərkəzlərinin tikintisinin əsasını qoyur
Dünya 12 Mart 2025 - 09:36


 

 

Yeni qovulma tənzimləməsi Aİ liderlərinin keçən il təsdiqlədiyi autsorsinq tendensiyasının ilk real nəticəsidir.

 

Çərşənbə axşamı Avropa Komissiyası yeni tənzimləmə təqdim etdi ki, bu, təsdiq olunarsa, üzv dövlətlərə rədd edilmiş sığınacaq axtaranları heç vaxt ayaq basmadıqları uzaq ölkələrə köçürməyə imkan verəcək və bu, miqrasiya siyasətində dönüş nöqtəsidir.

 

Qanun deportasiya mərkəzlərinin (yaxud Brüsselin dediyi kimi "geri qaytarma mərkəzləri") qurulması üçün məcburi proqram yaratmır, lakin hökumətlərə Aİ-dən kənarda miqrantları qəbul etməyə hazır ola biləcək maliyyə stimulları müqabilində sövdələşmələr bağlamağa imkan verən hüquqi əsasları qoyur.

 

Fiziki köçürmə yalnız ərizəçi beynəlxalq müdafiəni əldə etmək üçün bütün hüquqi imkanları tükəndikdən və yekun geri qaytarma əmrini aldıqdan sonra həyata keçiriləcək.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

reklamlar

Digər xəbərlər