
İqtisadiyyat
17:16, Bugün
Avropada daha sakit başlanğıc və səhər tezdən
Asiyada ehtiyatlı sıçrayış, artıq "Qara Bazar ertəsi" adlandırılan
artan volatillik gününü izləyir.
Avropa fond bazarları, bütün dünyada investorların əhval-ruhiyyəsinə
təsir edən dörd günlük itkilərdən sonra çərşənbə axşamı, aprelin 8-də yaşıl rəngdə
açıldı.
9:11 CET-də Stoxx 600 indeksi təxminən 1% yüksəldi
və demək olar ki, bütün sektorlar müsbət əraziyə qayıtdı. Əsas regional indekslər
də yenidən yüksəlib: Alman Dax 1,09%, Fransa CAC 40 1,66% və İtaliya FTSE MIB
1,66% bahalaşıb. İspaniyada IBEX 35 0,52% bahalaşıb - Londonda FTSE 100 də
1,03% artımla müsbət əraziyə qayıdıb.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az