
Gecə klubunun himayədarları merenq müğənnisi Rubby Peresin
konsertində iştirak edirdilər. Sənətçini müşayiət edən saksofonçu hadisə zamanı
dünyasını dəyişib.
Dominikan Respublikasında paytaxt Santo Dominqoda "Jet Set"
klubunun damı çərşənbə axşamı səhər merenq müğənnisi Rubby Peresin konserti
zamanı uçub. Ölənlərin sayı ən azı 44 ölü, 150-yə yaxın yaralı var.
Ölənlər arasında Montecristi şəhərinin qubernatoru Nelsi Kruz və
Rubbi Peresin saksofonçusu da var.
Sənətçinin meneceri Enrike Paulino konsertin gecə yarısına az qalmış
başladığını və təxminən bir saat sonra damın uçduğunu deyib. "O qədər tez
oldu ki, bir küncə sığınmağı bacardım" deyən o, əvvəlcə bunun zəlzələ
olduğunu düşündüyünü bildirib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az