Kaja Kallas: "Çətin" islahatlara baxmayaraq, Albaniyanın gələcəyi Aİ-dədir

Kaja Kallas: "Çətin" islahatlara baxmayaraq, Albaniyanın gələcəyi Aİ-dədir
Dünya 14 Aprel 2025 - 11:30


 

 

 

Brüssel 2020-ci ildə Albaniya ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib və ölkəni Aİ-nin fundamental prinsiplərinə uyğunlaşdırmaq üçün danışıqlar ötən ilin oktyabrında başlayıb.

 

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas Albaniyanın üzvlük danışıqlarını iki ildən sonra yekunlaşdırmaq üçün "iddialı" gündəmini alqışlayıb və ölkənin siyasi partiyalarını qarşıda duran çətin islahatları dəstəkləməyə çağırıb.

 

“Sizin Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tam şəkildə həyata keçirmək qərarınız və Ukraynaya siyasi, hərbi və humanitar dəstəyiniz bizim ortaq dəyərlərimizə sadiqliyinizi nümayiş etdirir”, - deyə o, davam edib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

 

reklamlar

Digər xəbərlər