
Dünya
18:00, Bugün
Çin Rusiyaya Ukraynanın işğalında kömək edən üçüncü ölkə ola bilərmi?
Çərşənbə axşamı, aprelin 8-də Vladimir Zelenski Donetsk vilayətində “Rusiya
ordusunda döyüşən” iki Çin vətəndaşının tutulduğunu açıqlayıb.
"Bizdə bu məhbusların sənədləri, onların bank kartları və şəxsi
məlumatları var", - Ukrayna prezidenti özünün X hesabında məhbuslardan
birinin görüntülərini paylaşaraq əmin edib.
O, həmçinin "işğalçı sıralarında ikidən çox Çin vətəndaşının
olduğu" barədə məlumatı olduğunu bildirib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az