
Avropa Komissiyası böyük texnoloji şirkətlər və əlavə dəyər vergisi
ilə bağlı araşdırmaların ABŞ ilə ticarət danışıqlarında müzakirə mövzusu
olmayacağını bildirib.
Prezident Donald Trampın baş müşaviri Birliyi ölkənin texnologiya
şirkətlərinə qarşı “hüquqi müharibə” aparmaqda açıq şəkildə ittiham etdikdən
sonra Brüssel xəbərdarlıq edərək, Avropa İttifaqının ABŞ ilə mümkün ticarət
danışıqlarında rəqəmsal və texnologiya qaydalarında heç bir güzəştə getməyəcəyi
barədə xəbərdarlıq edib.
Avropa Komissiyasının sözçüsü çərşənbə axşamı deyib: "Avropa
texnologiyalarımıza və rəqəmsal qaydalarımıza gəldikdə, biz ayrı şeylərdən
danışırıq". "Və biz ABŞ-la danışıqlarımızda bu ikisini
qarışdırmayacağıq."
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az