Hollandiyadan sonra Belçika da könüllü hərbi xidmət tətbiq edəcək

Hollandiyadan sonra Belçika da könüllü hərbi xidmət tətbiq edəcək
Dünya 14 Aprel 2025 - 15:09


 

 

Ehtiyatda olan əsgərlərin sayını artırmaq üçün 18 yaşlı belçikalılar tezliklə Hollandiyada elan edilmiş təşəbbüsə bənzər könüllü hərbi xidmət haqqında məlumat məktubu alacaqlar.

Belçikanın müdafiə naziri Teo Franken gəncləri könüllü hərbi xidmətə cəlb etməklə ölkədəki ehtiyatda olan əsgərlərin sayını təxminən 6600-dən 20000-ə çatdırmaq istəyir.

 

Bu yaxınlarda Hollandiyada elan edilmiş oxşar təşəbbüsdən sonra 18 yaşlı gənclər bu ilin sonunda onları orduya qoşulmağa təşviq edən məktublar alacaqlar.

 

Belçikada hazırda 6000 ehtiyat əsgər limiti var, bu rəqəm artıq bir qədər keçib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər