
Bir sıra Şərqi Avropa ölkələrində mal-qara təsərrüfatlarında dabaq
xəstəliyinin tüğyan etdiyi bir vaxtda Slovakiya səlahiyyətliləri xəstəliyin
qarşısını almaq üçün ölkəni Çexiya ilə birləşdirən bu yolda sağlamlıq yoxlamaları
aparır.
Slovakiyada dabaq xəstəliyinin yayılmasının qarşısını almaq üçün
hakimiyyət orqanlarının yoxlamaları D2 avtomobil yolunda böyük tıxacın
yaranmasına səbəb olub.
Slovakiyanı Çexiya ilə birləşdirən bu yolun hər iki zolağında
təxminən 12 kilometr tıxac var və Slovakiya polisinin fikrincə, vəziyyət daha
da pisləşə bilər.
Sürücülərə ölkələr arasında keçid etmək üçün daha kiçik sərhəd
keçidlərindən istifadə etmələri tövsiyə olunur, lakin yenə də alternativ
marşrutlarda nəqliyyatın yavaşlamasını gözləməlidir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az