AB Apple və Meta şirkətlərini rəqabət pozuntularına görə cərimələyir

AB Apple və Meta şirkətlərini rəqabət pozuntularına görə cərimələyir
İqtisadiyyat 24 Aprel 2025 - 11:00


 

 

ABŞ ilə ticarət müharibəsinin ortasında Avropa Komissiyası rəqəmsal nəhənglərə iki cərimə kəsdi.

Çərşənbə günü Avropa Komissiyası texnologiya nəhəngləri Apple və Meta-nı Rəqəmsal Bazar Aktına (DMA) əməl etmədiklərinə görə, ABŞ ilə davam edən ticarət gərginliyini daha da artırmaq riski ilə cəzalandırıb.

 

Bununla belə, cərimələr Komissiyanın tətbiq edə biləcəyi miqyasda ən aşağı səviyyədədir və icra hakimiyyəti eyni şirkətləri hədəf alan iki işi də bağladı.

 

Komissiya, tərtibatçıların istehlakçılarla sərbəst ünsiyyət qurmasına və onları təkliflər və məzmun üçün başqa kanallara yönəltməsinə mane olduğunu aşkar etdikdən sonra Apple-ı 500 milyon avro cərimələyib.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər