Kino Sənəti və Elmləri Akademiyası öz üzvlərindən səsvermədən əvvəl bütün filmlərə baxmağı tələb edəcək və onları izləmək niyyətindədir

Kino Sənəti və Elmləri Akademiyası öz üzvlərindən səsvermədən əvvəl bütün filmlərə baxmağı tələb edəcək və onları izləmək niyyətindədir
Mədəniyyət 28 Aprel 2025 - 16:10


 

 

Akademiya gələcək mərasimləri üçün bir sıra dəyişikliklər edir. Aprelin əvvəlində kaskadyorlar üçün “Oskar”ın yaradılmasını elan etdikdən sonra üzvləri üçün yeni qayda tətbiq etmək qərarına gəlib. İndi onlardan səs vermək istəsələr, bir kateqoriya üzrə irəli sürülmüş bütün filmlərə baxmaq tələb olunacaq. Bu kiçik dəyişiklik rəqabəti daha ədalətli edə bilər.

 

Bazar ertəsi, aprelin 21-də açıqlanan bəyanatda, "Akademiya üzvləri indi Oskarların final mərhələsində səs vermək üçün hər kateqoriya üzrə bütün namizəd filmlərə baxmalıdırlar" dedi. BAFTA kimi digər mərasimlərdə artıq qüvvədə olan bu yeni qayda Oskarların növbəti buraxılışından etibarən tətbiq olunacaq.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər