
Uzunluğu 342 metr, eni 46 metrdir. Disney yeni
dəniz canavarını təqdim etdi: Disney Adventure layneri. Nəhəng kruiz gəmisi
aprelin 19-da Almaniyanın Wismar şəhərindəki gəmiqayırma anbarını son tamamlama
işləri üçün tərk etdi və yuxarıdakı videoda göründüyü kimi, diqqətdən kənarda
qalmayacaq.
208.000 ümumi tonajla məşhur RMS Titanic-in daxili
tutumundan dörd yarım dəfə böyükdür və göyərtədə 6000 sərnişini qəbul edə
biləcək.
Disney Adventure ilk kruizinə dekabrın 15-də
Sinqapurdan çıxmağı planlaşdırır. Vacib olan təyinat deyil, səyahət (və xüsusən
də gəmiyə xərclənən pul) olduğundan, onun marşrutu Cənubi Çin dənizində
dayanmadan bir dövrə təşkil edir.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az