
Dünya
16:21, 28 Aprel 2025
O, ehtiyacınız olanda həmişə yanınızdadır, sizə
qulaq asmağa və uğurlarınızı qeyd etməyə və sizi ruhlandırmağa həmişə hazırdır.
Bunu itinizin sadiq portreti kimi qəbul etsəniz, tamamilə haqlısınız.
Dörd ayaqlı yoldaşınızda gündəlik olaraq sizə
sevgi, dəstək və etibarlılıq gətirən birini görən tək siz deyilsiniz. “The
Guardian” tərəfindən qeyd edilən “Scientific Reports” jurnalında dərc olunan
son araşdırma belə deyir.
Müəlliflərin
fikrincə, it sahibləri dostları, eyni zamanda valideynləri, romantik partnyoru
və uşaqları ilə olan münasibətlərdən daha çox ev heyvanı ilə münasibətlərini
məmnuniyyət verici, hətta daha qaneedici kimi qiymətləndirirlər.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az