
Dünya
17:45, 25 Aprel 2025
Ölənlərin sayı artmaqda davam edir. Fransa İctimai
Sağlamlığının bu çərşənbə günü, aprelin 23-də dərc olunan son hesabatına görə,
Reunionda "çikungunya ilə əlaqəli" üç yeni ölüm qeydə alınıb və
epidemiya başlayandan bəri ölənlərin ümumi sayını doqquz nəfərə çatdırıb.
Agentliyin həftəlik bülletenində 10 mart və 6 aprel
tarixləri arasında "70 yaşdan yuxarı xəstələr arasında 9 ölüm çikungunya
ilə əlaqəli olaraq təsnif edildi". Bundan əlavə, yeni doğulmuş bir uşaq da
daxil olmaqla, "doqquz digər ölüm", virusla əlaqəli olub olmadığını
müəyyən etmək üçün araşdırılır.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az