Avropalı səyahətçilər ABŞ-dan qaçır?

Avropalı səyahətçilər ABŞ-dan qaçır?
Dünya 25 Aprel 2025 - 16:54


 

 

Mart ayında Qərbi Avropadan uçuşların gəlişi 17% azalıb, bu, ABŞ-a səyahətdə ümumi mənfi tendensiyanın bir hissəsidir. Turistlərin boykotu gedir?

ABŞ-a beynəlxalq gəlişlər azalır, ən böyük azalma Qərbi Avropa, Mərkəzi Amerika və Karib hövzəsindən olan səyahətçilər arasında qeydə alınıb.

 

2024-cü illə müqayisədə 2025-ci ildə hava, dəniz və quru yolu ilə gələn beynəlxalq ziyarətçilərin ümumi sayı 3,3% azalıb. Mart ayı xüsusilə mənfi olub, əvvəlki ilin eyni ayına nisbətən 11,6% azalıb.

 

Ötən ay nəqliyyat axını dünyanın demək olar ki, bütün regionlarında azalıb, ən pis nəticələr Qərbi Avropa (-17,2%), Karib hövzəsi (-26%), Mərkəzi Amerika (-26%) və Afrikada (-12,4%) qeydə alınıb.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

                                                           

reklamlar

Digər xəbərlər