Fələstinli xristianlar Qəzzada sülh üçün çıxış edən Papa Fransisk üçün yas tuturlar

Fələstinli xristianlar Qəzzada sülh üçün çıxış edən Papa Fransisk üçün yas tuturlar
Dünya 25 Aprel 2025 - 16:54


 

 

Ömrünün son 18 ayı ərzində Papa Fransisk tez-tez Qəzzanın yeganə katolik kilsəsinə zəng edərək içəri toplaşan insanların dağıdıcı müharibənin öhdəsindən necə gəldiyini görürdü.

Qəzza və İordan çayının qərb sahilindəki fələstinli xristian icmaları, pontifikliyi boyunca, xüsusən də həyatının son 18 ayı ərzində onların acınacaqlı vəziyyətini ardıcıl olaraq dəstəkləyən Papa Fransiskin ölümünə yas tutdular.

 

İsanın bibliyaya görə doğulduğu yerdəki katolik suvenir mağazasının sahibi Toni Tabaş deyir ki, o, “təkcə papamız deyil, o, bizim qardaşımız, dostumuz, Beytləhm üçün əziz dostumuz idi”.

 

Bazar ertəsi axşam Qəzzadakı katoliklər anklavdakı yeganə katolik kilsəsi olan Müqəddəs Ailə Kilsəsində Papa Fransiskin şərəfinə ibadət mərasimi keçiriblər.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər