
Kəşmir, 2019-cu ildə Yeni Dehli bölgənin yarı
muxtar statusuna son qoyduqdan sonra Hindistan ştatlarından olan miqrant işçilər
də daxil olmaqla, hinduların hədəfli şəkildə öldürülməsi dalğasını gördü.
Hindistan polisi bildirib ki, Hindistanın nəzarətində
olan Kəşmirdə bir çimərlik kurortunda silahlı şəxslər azı 24 turisti öldürüb.
İki yüksək rütbəli polis zabitinin dediyinə görə,
yaraqlı kimi təsvir etdikləri azı dörd silahlı şəxs onlarla turisti uzaq məsafədən
güllələyib.
Onlar əlavə ediblər ki, onlarla başqa adam
yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Səlahiyyətlilər mübahisəli bölgədəki Pahalqam
kurort şəhərindən təxminən beş kilometr aralıda yerləşən Baysaran çəmənliyindən
ən azı 24 cəsəd çıxarıblar.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az