
Birləşmiş Ştatlar Hindistanın ən böyük ticarət tərəfdaşıdır,
ikitərəfli ticarətin 2024-cü ildə 113 milyard avroya çatacağı və Yeni Dehlinin xeyrinə
39,9 milyard avro profisitlə gözlənilir.
ABŞ-ın vitse-prezidenti J.D.Vens və Narendra Modi
Yeni Dehlidə görüşdən sonra iki ölkə arasında ticarət razılaşması üzrə
danışıqlarda irəliləyişi alqışlayıblar.
Hazırda həyat yoldaşı və uşaqları ilə birlikdə
Hindistanda dörd günlük səfərdə olan J.D.Vans bazar ertəsi Hindistanın
paytaxtında yerləşən iqamətgahında Hindistanın baş naziri ilə görüşüb.
Narendra Modinin ofisinin bəyanatında deyilir ki,
iki şəxs enerji, müdafiə və texnologiya kimi müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın
genişləndirilməsini müzakirə edib və iki ölkə arasında gözlənilən ticarət
sazişi üzrə danışıqlarda “əhəmiyyətli irəliləyişi alqışlayıblar”.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az