
Brüssel bildirib ki, son hadisələrə baxmayaraq,
Aİ-nin Çinlə bağlı siyasəti “ayrılmaq” əvəzinə “risklərin azaldılması” əsasında
qalacaq.
Avropa Komissiyası, Ağ Evin ölkələrdən məhz bunu
etməyi tələb etdiyinə dair xəbərlər fonunda çərşənbə axşamı bildirib ki, Donald
Tramp administrasiyası ilə ticarət razılaşması əldə etmək şərti olaraq Avropa
İttifaqı Çin iqtisadiyyatından ayrılmayacaq.
Birləşmiş Ştatlar bu tələbi rəsmi olaraq təsdiqləməsə
də, cənab Tramp həm müttəfiqləri, həm də düşmənləri şoka salan geniş tarifləri
ilə bağlı daimi güzəştləri təmin etmək üçün Vaşinqton və Pekin arasında seçim
etməyə hazır görünür.
Tariflər 90 gün müddətinə müvəqqəti olaraq dayandırıldı,
hökumətlərin ticarət sövdələşmələri bağlamaq üçün bir fürsət pəncərəsi var.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az