
Təhlükəsiz sığınacaqlara artan tələb və getdikcə qeyri-sabit olan
qlobal iqtisadiyyat nəticəsində qızılın qiyməti artıq ilin əvvəlindən təxminən
31% artıb.
Çərşənbə axşamı qızılın qiyməti bir unsiya üçün 3,500 dollardan
yuxarı qalxaraq yeni rekorda çatdı, sonra yenidən 3,370 dollar/unsiyaya düşdü.
Bu, əsasən təhlükəsiz sığınacaqlara tələbatın artması ilə əlaqədar
idi, belə ki, investorlar ABŞ Prezidenti Donald Trampın tariflərlə bağlı dəyişkən
mövqeyindən və ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelə qarşı artan tənqidindən
sonra qiymətli metala axın edirdilər.
Tramp sözdə qarşılıqlı tariflərə 90 günlük fasilə elan etsə də,
qlobal birjalar artıq əhəmiyyətli dərəcədə təsirlənib və investorlar da fasilənin
kifayət qədər uzun olub-olmayacağından narahatdırlar.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az