
ABŞ və Avropa İttifaqı arasında mövcud ticarət müharibəsi birincidən
uzaqdır. Beş böyük münaqişə artıq keçmişdə iki iqtisadi gücü bir-birinə qarşı
qoyub.
Birləşmiş Ştatlar martın ortalarında Aİ alüminium və poladına 25%
rüsum tətbiq etdikdə, uzunmüddətli müttəfiqlər arasında ticarət qarşıdurmasında
ilk zərbəni vurdu və bu, sonradan ABŞ-a Avropadan avtomobil idxalına 25% və
digər idxala 10% tariflərə səbəb oldu.
Diplomatik qəzəblə Aİ sənayelərini qorumaq istəyi arasında qalan Aİ
rəsmiləri, ABŞ prezidenti Donald Trampın bir sıra “qarşılıqlı” tariflərə 90
günlük fasilə elan etməsindən sonra dayandırılmış bir sıra əks tədbirləri
açıqladılar.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az