Qlobal ticarət müharibəsinin mərkəzində kritik xammal

Qlobal ticarət müharibəsinin mərkəzində kritik xammal
İqtisadiyyat 24 Aprel 2025 - 11:36


 

 

Qlobal ticarət gərginliyi artdıqca, nadir minerallara artan tələbat getdikcə daha çox əhəmiyyət kəsb edir və yeni geosiyasi şahmat taxtasını yenidən cızır.

 

Onilliklər ərzində Birləşmiş Ştatlar istehsal etdiyindən daha çox istehlak edib, ona görə də Vaşinqton Çinlə tarif müharibəsində ən güclü kartlara sahib kimi görünə bilər.

 

Lakin onilliklər ərzində sənayesizləşmə ABŞ-ı avtomobillərdən, elektron qurğulardan, oyuncaqlardan və ucuz geyimlərdən tutmuş hər şeydə ticarət tərəfdaşlarından asılı vəziyyətə salıb. Heç bir yerdə bu asılılıq Avropa İttifaqının paylaşdığı problem olan əsas xammaldan daha kəskin deyil.

 

ABŞ prezidentinin Qurtuluş Gününü elan etməsindən və Ağ Evin Qızılgül bağında özünün "qarşılıqlı" ticarət tarifləri siyahısını açıqlamasından cəmi iki gün sonra Pekin sakitcə yeddi nadir torpaq metalına ixrac nəzarəti tətbiq etdi.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər