
Rusiyanın qonşusuna genişmiqyaslı müdaxiləsindən
sonra üç ildən artıq davam edən döyüşlərə diplomatik səylərin son qoyması ilə
bağlı narahatlıqlar artır.
Rusiya Odessa və Zaporojjyaya hava hücumlarını
Moskvanın birtərəfli olaraq elan etdiyi Pasxa atəşkəsi adlandırılan atəşkəsin
sona çatmasından 24 saat keçməmiş və Ukrayna, Britaniya, Fransa və Amerika rəsmilərinin
müharibəni müzakirə etmək üçün Londonda görüşməsinə bir gün qalmış başlayıb.
Odessa vilayət administrasiyasının rəhbəri Oleh
Kiper öz Telegram səhifəsində yazıb ki, dünən gecə Rusiya pilotsuz təyyarələrinin
"kütləvi hücumu"nun hədəfi olub, ən azı üç nəfər yaralanıb.
"Şəhərin sıx məskunlaşdığı ərazidəki yaşayış
binası, mülki infrastruktur və təhsil müəssisəsi vurulub", - o əlavə edib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az